Nəriman Axundzadə “Qarabağ”dan gedir? - SON DƏQİQƏ AÇIQLAMASI

neriman-axundzade-qarabagdan-gedir-son-deqiqe-aciqlamasi-1709543087
|
|

Ötən gün “Qarabağ”ın gənc üzvü Nəriman Axundzadənin klubdan gedəcəyi ilə bağlı sosial şəbəkələrdə və KİV-də məlumat yayılmışdı.


Belə ki, Avropa Liqasının 1/16 finalında “Braqa”ya vurduğu qolla “köhlən atlar”ın qələbəsində əsas pay sahibi olan N.Axundzadəni “Başakşehir” kollektivi yaxından izləyir.


Yerli mediada yayılan məlumata görə, Türkiyə komandası 19 yaşlı futbolçu üçün ağdamlılarla danışıqlara başlamaq niyyətindədir. Lakin “Qarabağ”ın bu keçidə necə yanaşacağı isə hələ ki, məlum deyil.


Məsələ ilə bağlı “Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Referans.az-a açıqlamasında məlumatı təkzib edib.


O bildirib ki, bununla bağlı Türkiyə kollektivi “Qarabağ”-a heç bir rəsmi müraciət ünvanlamayıb:


Nəriman Axundzadənin klubdan gedəcəyi ilə bağlı sosial şəbəkələrdə və yerli mediada yayılan məlumatlardan xəbərdarıq. Lakin Türkiyə komanadsı bu məsələ ilə bağlı bizə heç bir rəsmi müraciət ünvanlamayıb”.


Qeyd edək ki, “Qarabağ”ın yetirməsi olan Nəriman Axundzadə 2022-ci ildən əsas heyətdə çıxış edir. Bu müddət ərzində 40 matçda meydana çıxan və səkkiz qola imza atan forvard Ağdam təmsilçisi ilə ölkə çempionatında da qalib gəlib.


Referans.az